Əsas Səhifə > Güney Press / Ana xəbər > 11 milyonluq cərimədən bəzi məmurlara hansı pay düşür?

11 milyonluq cərimədən bəzi məmurlara hansı pay düşür?


12-05-2015, 17:38
11 milyonluq cərimədən bəzi məmurlara hansı pay düşür?
Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov bu yaxınlarda cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət etdi. Buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilir. Hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir.
Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir.
Nazirə verilən bu informasiya onu bərk narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib.
Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin. Cənab nazirin bu tapşırığından sonra yol polisi sözün həqiqi mənasında hərəkətə keçib. Hətta vəzifə sahiblərinə, onların övladlarına belə keçmirlər. Cəriməsi olan şəxslərin avtomobilləri meydançaya qoyularaq cərimənin ödənilməsi tələb edilir.
Sərhəd.info-nun əldə etdi məlumata görə, Daxili İşlər nazirinin tapşırığından sonra bir sıra məmur övladları ilə yanaşı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məsul şəxslərindən birinin övladının avtomobili 50000 manata yaxın ödənilməmiş cəriməsinin olduğuna görə, cərimə meydançasına qoyulub. Lakin vəzifəli şəxsin övladı atasının pulu sayəsində cərimənin hamısını ödəyərək avtomobilini dayanacaqdan azad edə bilib.Əldə etdiyimiz digər bir məlumatda isə, Səhiyyə Nazirliyində məsul vəzifələrdən birini tutan şəxsin avtomobili cərimə meydançasına qoyulub.
Buna səbəb isə, uzun illər ərzində üst-üstə yığılaraq qalmış və üzərinə faiz gəldiyi üçün 312 min manatlıq cəriməsının olmasıdır.Doğrusu, rəqəmlərin bu dərəcədə böyük olması kimlərdəsə şübhə yarada bilər. Lakin nazir keçirdiyi kollegiya iclasında 11 milyon ödənilməyən cərimələrin olduğunu bildirdi. Təbii ki, 11 milyon elə-belə rəqəm deyil. Və təbii ki, bu, ödənilməyən yüksək məbləğdə olan cərimələrin mövcudluğuna işarədir.
Qeyd edək ki, bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın günlərdə Səhiyyə Nəzirliyində məsul vəzifə tutan və 312 000 manatlıq cəriməsi olan şəxs barəsində geniş yazı dərc edəcəyik.Yaxud Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 312 000 manatlıq cəriməsi…

Geri qayıt