Əsas Səhifə > Güney Press / Ana xəbər > Arsenal əfsanəsi Tony Adams toyda В«Nənəm sizə elçi gəlirВ» oynayır
Arsenal əfsanəsi Tony Adams toyda В«Nənəm sizə elçi gəlirВ» oynayır7-05-2015, 17:01 |
|
Britaniya qəzeti Arsenal əfsanəsi Tony Adams-ın Azərbaycan toyunda rəqsindən yazdı Britaniyanın В«Daily MirrorВ» qəzeti yazır ki, В«bir vaxtlar Tony Adams əllərini yalnız bir halda yuxarı qaldırardı: oyundan kənar vəziyyəti göstərmək üçünВ». В«Amma bu videodan göründüyü kimi, indi o Azərbaycan toyunda heç nəyə məhəl qoymadan əl-qolunu atırВ» – yazır В«MirrorВ». Xəbərdə deyilir ki, keçmiş İngiltərə millisi müdafiəçisinin rəqsinə hər bir ingilis qibtə edə bilər. В«Bəs o Azərbaycanda nə edir? – deyə soruşur qəzet və özü də cavab verir – Gözəl sualdır. O hazırda Azərbaycanın yüksək liqasında oynayan В«QəbələВ» klubunun idman direktorudur. O 2010-cu ildə Qəbələyə artıq bir il menecerlik edib, indi təkrar ora, vəzifəyə qayıdıbВ». Tony Adams-a İngiltərədə ona görə В«əfsanəВ» deyirlər ki, o В«ArsenalВ» futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb. Qəzet yazır ki, toydakı qonaqlardan biri Adams-ı zürafəyə bənzədib. В«Amma çətini başlamaqdır, - deyib həmin qonaq, - Cənab Tony bir balaca məşq eləməlidirВ» – yazır В«MirrorВ». Geri qayıt |