Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha üç mətbuat katibi yola salınır
Daha üç mətbuat katibi yola salınır7-05-2015, 12:14 |
|
Hələ bir ay öncə Editor.az portalında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin və “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin yaxın vaxtlarda vəzifədən azad olunacağına dair özəl informasiya yayılmışdı. Artıq hər iki informasiya öz təsdiqini tapıb və adıçəkilən mətbuat katibləri vəzifədən azad edilib. Onların yerinə isə tanınmış jurnalist Liya Bayramova və teleaparıcı Anar Nəcəfli təyinat alıb. Hər iki mətbuat katibinin istefasının ardınca daha üç dövlət qurumunda mətbuat katiblərinin yola salınacağı ilə bağlı özəl informasiya almışıq. Editor.az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev və Əmlak məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov yaxın günlərdə vəzifədən alınacaq. Onların yerinə isə uzun müddətdir mətbuatda çalışan jurnalistlərin təyin olunacağı gözlənilir. Portalımıza daxil olan informasiyaya görə, artıq həmin şəxslərlə danışıqlar aparılır və qərar yaxın günlərdə ictimaiyyətə elan olunacaq. Geri qayıt |