Əsas Səhifə > Güney Press / Ana xəbər > İnterpolun axtardığı dələduz Elşad Abdullayevlə şərik çıxdı
İnterpolun axtardığı dələduz Elşad Abdullayevlə şərik çıxdı6-05-2015, 09:10 |
![]() Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib. Axar.az xəbər verir ki, dələduzluqda təqsirli bilinən rektorla bağlı araşdırma aparıb. Məlum olub ki, R.Əliyev 2011-ci ildə Bakıda həbs edilib. Bir neçə il sonra azadlığa çıxıb. Qanunsuz tələbə köçürülməsi adı altında dələduzluq ittihamı ilə həbs olunmuş R.Əliyev 2005-2011-ci illərdə minlərlə tələbəni Təfəkkür Universitetinə köçürüb. R.Əliyev məhkəmədə etiraf edib ki, onun Təfəkkür Universitetinə köçürdüyü tələbələrin qeydiyyatı Təhsil Nazirliyində aparılmayıb. İnterpolun axtarışında olan dələduz rektorun Almaniyaya sığındığı bildirilir. 40 yaşlı R.Əliyevin Beynəlxalq Universitetin rektoru, Fransada olan Elşad Abdullayevlə yaxın əlaqələri var. Hətta bir yerdə Azereurotimes.de adlı saytları fəaliyyətə başlayıb. Geri qayıt |