Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycandan əli boşa çıxan soyğunçu, fəlakət dəllalı...

Azərbaycandan əli boşa çıxan soyğunçu, fəlakət dəllalı...


4-05-2015, 10:47
Azərbaycandan əli boşa çıxan soyğunçu, fəlakət dəllalı...
Kapitalist iqtisadiyyatının bütün mərhələlərində əksər iri kapital sahibləri vergidən yayınmağa çalışıblar və xeyli ölçüdə buna nail olublar.

Son zamanlar dünyada vergi cənnətləri kimi tanınan offşor zonaların yaradılması pullarını vergidən yayındırmaq istəyənlər üçün münbit şərait yaradıb. Ancaq birdən birə 7 milyard dolları vergidən yayındırmağa nail olan tək kaptal sahibi tapmaq olar.

Bu, məşhur birja maxinatoru, filantrop və “rəngli inqilablar”ın sponsoru kimi tanınan Corc Sorosdur. Amerika mediası yazır ki, Soros dünyada ən sərt vergi rejimi ilə tanınan ölkədə-ABŞ-da vergi qanunvericiliyində bir neçə il ərzində mövcud olmuş boşluqdan məharətlə istifadə edərək 7 milyard dollara yaxın vergidən yayınıb. İndi amerikalı vergi hüquqşünasları qanunvericilikdə həmin boşluğun aradan qaldırılmasından az əvvəl öz aktivlərini İrlandiyaya köçürən Sorosdan həmin pulları geri almağın yolları üzərində baş sındırırlar.

Şübhəsiz ki, yaşı 80-i keçmiş bu qocadan 7 milyard dolları geri almaq asan olmayacaq. Çünki Soros ödəməyə deyil, talamağa alışıb. Özü də bütöv ölkələri və xalqları. Sorosun dağıdıcı fəaliyyətinə Azərbaycanda da yaxşı bələddirlər. Xüsusən də yaxınlaşan Bakı Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Qərb mediasından artan hücumların arxasında bu sehrbazın barmağı aydın görünür.

Məsələn, bilavasitə Sorosun Açıq Cəmiyyət Fondunun maliyyələşdirdiyi EurasiaNet.org portalı bu günlərdə o qədər uzağa getmişdi ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin otellərdə milli səhər yeməklərinin təbliğinə yönələn təşəbbüsünü “qastronomik azadlıqların boğulması” kimi qiymətləndirmişdi.

Nə vaxt Azərbaycana qarşı beynəlxalq kampaniya qızışırsa onun arxasında Sorosun kölgəsini hökmən görmək olar. Bir çox hallarda bu qoca maxinator kölgəsini çox məharətlə gizlədə bilir, ancaq buna baxmayaraq onun dəst-xəttini-böhran, siyasi və iqtisadi kataklizmlər, çaxnaşmalar yaradıb milyardlar qazanmaq üslubunu sezmək çətin olmur.

Sorosun bu ilin yanvarında Davos forumu zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü xatırlayanda onun iş üslubu haqda bir daha aydın təsəvvür formalaşır. Sorosun xahişi ilə baş tutan həmin görüşdə filantrop özünün “Soros Fond Management LLC” hec-fondunun Azərbaycanda fəaliyyətinə icazə verilməsini istəmişdi.

Azərbaycan prezidenti isə bu xahişin cavabında Sorosdan ölkənin daxili işlərinə müdaxiləyə son qoymağı istəyəndə anlaşma baş tutmamışdı. Və görüş başa çatan kimi Soros fondu adından sərt tənqidi bəyanat yayıldı. Məlum olmuşdu ki, əgər anlaşma baş tutsaydı əvvəlcədən hazırlanmış iki bəyanat variantından ikincisi-pozitivi mətbuata yayılmalı idi.

Adı həm 7 milyardlıq vergidən yayınmağa və Azərbaycan hakimiyyətinə qarşı aparılan kampaniyaya görə gündəmdə olan Sorosun qısa portretini cızmazdan əvvəl onun adı ilə yanaşı səslənən filantrokapitalizm termini haqda qısa arayış təqdim edək.

Filantrokapitalizmin izahı müasir cəmiyyətdə sərvətlərin dövlətlər tərəfindən yenidən bölüşdürülməsinin alternativi kimi verilir. “Filantrokapitalizm” termini ilk dəfə “The Economist” jurnalının baş redaktoru Metyu Bişop tərəfindən “Filantrokapitalizm: varlılar dünyanı necə xilas edə bilər” kitabında işlədilib. Bu anlayışın mahiyyəti planetin varlı adamlarının sosial layihələrə birgə yatırım qoyaraq ondan maksimal gəlir əldə etməsindən ibarətdir.

Digər təqdimatlarda isə “filantrop” başqalarının mənafeyini heçə sayaraq özünün və yaxınlarının mənafeyini hər şeydən üstün tutan adamdır.

Sorosla yanaşı Bill Qeyts, Mark Zukerberq kimi məşhur milyarderlərin fəaliyyəti də filantrokapitalizmə aid edilə bilər. Lakin onların arasında Corc Soros xüsusi yer tutur. Əsas səbəb ondan ibarətdir ki, Soros XX əsrin ən görkəmli filosoflarından və sosioloqlarından birinin - Karl Popperin bilavasitəı tələbəsidir. Soros özü də elmlə məşğul olub, ancaq müəllimindən fərqli olaraq zirvələri fəth etməyib. Bir günün içində milyardlarla dollar qazanmaqda isə yəqin ki, nə indiki, nə gələcək dövrlərdə ona çatan olmayacaq.

Macar əsilli yəhudi, Amerika vətəndaşı Corc Sorosu maliyyəçi, filosof, maqnat, yazıçı və s. peşələrin sahibi hesab edirlər. “Forbes”in məlumatına görə o, 24.2 milyard dollar sərvəti ilə dünyanın ən zəngin 10 adamından biridir. Soros bu milyardları məşhur amerikalı sənaye maqnatları kimi uzun illər tər töküb zavod-fabriklər açmaqla qazanmayıb. Onun zənginliyi bütöv ölkələrin və xalqların fəlakətləri üzərində qurulub.

Sorosun topladığı milyardların qaynağı üç maliyyə fəlakətinə əsaslanır və bunu “Kapitalizmin qlobal böhranı” kitabında onun özü də təsdiq edir. Bu böhranlar 1992-ci ildə Britaniya funt-sterlinqinin devalvasiyası, 1997-ci ildə Asiyada qiymətli kağız bazarlarının çökməsi və Rusiyadakı 1988-ci il defoltudur.

Sorosun özünün etirafına görə, bu üç böhranın hər biri onun tərəfindən başladılıb. Həm özəl, həm də dövlət strukturlarından olan maliyyə analitiklərinin qiymətləndirmələrinə görə bu zaman Soros amoral metodlardan istifadə edib.

Funtun devalvasiyası, 1992-ci il

1992-ci ildə qədər Sorosun adı və fəaliyyəti haqda eşidənlərin sayı tək-tük idi. Böyük Britaniya ağır iqtisadi böhran keçirirdi və o vaxtlar hec-fondlar haqda (investisiya fondları) haqda heç kim eşitməmişdi. Və Sorosun başqalarının acınacaqlı durumundan istifadə edib varlanmaq istedadı belə vaxtda üzə çıxdı.

Bu diribaş yəhudi öz hec-fonduna hücum əmri verdi. Onun yaratdığı investisiya fondu valyuta spekulyasiyasının köməyi ilə funt-sterlinqin devalvasiyaya uğradığı “qara çərşənbə”də cəmi 24 saat ərzində milyardlarla dollar qazandı. Ardınca Soros İtaliya lirini də darmadağın etdi və onun iki ölkədə maliyyə spekulyasiyasından qazandığı vəsaitin həcmi 12 milyard dollara çatdı.

Sorosun spekulyasiyasının nəticəsi olaraq təkcə ingilis vergiödəyəciləri 3.3 milyard funt itirdilər. Məhz bu böhran hökuməti məcbur etdi ki, sosial sferada özəlləşdirməyə getsin və sosial proqramların maliyyələşdirilməsini ixtisar etsin.

1997-ci il Asiya böhranı

Bu böhran zamanı da Soros Britaniyada beş il əvvəl tətbiq etdiyi metodu işə saldı. Ancaq bu dəfə Malayziyada.

Malayziyanın o vaxtkı baş naziri Mahathir Məhəmməd ölkədə baş vermiş maliyyə böhranına və nəticədə iqtisadiyyatın çökməsinə görə bütün məsuliyyəti Sorosun üzərinə qoydu. Malayziyanın ardınca Cənub-Şərqi Asiyanın digər ölkələrinin də iqtisadiyyatı çökdü. Bu böhranlar ilk növbədə aztəminatlı əhali təbəqəsinə zərbə vurdu, milyonlarla adam işsiz qaldı, yoxsulluq həddi kəskin artdı.

Bu situasiyada Soros 1997-ci ildə verdiyi müsahibələrdən birində Malayziya baş nazirinin ittihamlarına cavab olaraq deyirdi: “Əgər dünyada yəhudi-plutokrat-bolşevik, dünya miqyaslı sui-qəsdçi-sionist stereotipləri ilə üst-üstə düşən bir adam varsa o da mənəm”.

1998-ci il, Rusiyada defolt

Bu iki epizoddan sonra Corc Sors qlobal maliyyədə ən nüfuzlu və avtoritetli fiqura çevrildi. 1998-ci ildə o bildirdi ki, Rusiyanın maliyyə bazarı keçid fazasındadır və rublun 15-25 faiz arası devalvasiyasına ehtiyac var. Bu bəyanatdan cəmi bir neçə gün sonra rubl 31 faiz ucuzlaşdı.

Hətta Beynəlxalq Valyuta Fondunun rəhbərinin müavini Stenli Fişer deyirdi ki, rublu Soros çökdürdü. Sorosun fondunun rəhbərliyi ilə maliyyə bazarlarında aparılan əməliyyatlar nəticəsində birja indeksləri 20 faiz aşağı düşdü, nəticədə Rusiya BVF-dən 22.6 milyard dollar borc istəməli oldu. İnflyasiya 300 faizi keçdi, banklar müflis oldu, rusiyalıların həyat səviyyəsi kəskin aşağı düşdü.

Soros isə defolt nəticəsində bu qənaətə gəlmişdi ki, sən haqlısan, yaxud haqsız, mühüm deyil. Mühüm olanı odur ki, haqlı olsan nə qədər qazanarsan, haqsız olsan nə qədər itirərsən.

Sorosun yaşı 80-i ötsə də o, qətiyyən boş dayanmır. İspaniya mətbuatı yazır ki, məşhur maxinator indi bu ölkəni hədəf alıb. 2014-cü ildən başlayaraq Soros İspaniyada spekulyativ investisiyalarla maraqlanır.

Əvvəlcə o, maliyyə sektoruna girişib 1 milyard dollardan çox yatırım qoyub. Daha sonra daşınmaz əmlak bazarına girib. Məsələ bundadır ki, İspaniya 2008-ci ildəki ipoteka böhranından sonra öz tarixinin ən ağır sosial-iqtisadi mərhələlərindən birini yaşayır. Hazırda daşınmaz əmlakın qiyməti minimuma endiyi bir vaxtda bu sahəyə spekulyativ yatırımlar qoyulur. Soros İspaniyanın daşınmaz əmlak bazarına 1.2 milyard dollardan çox pul yatırıb və indi ispanlar onları hansı fəlakətin gözlədiyini ayrıd etməyə çalışır.
Virtualaz.org

Geri qayıt