Əsas Səhifə > Güney Press / Ana xəbər > Aksiya keçirmək istəyən əlillər Bakı merindən cavab gözləyir
Aksiya keçirmək istəyən əlillər Bakı merindən cavab gözləyir4-05-2015, 10:06 |
|
FaktXəbər-in verdiyi məlumata görə, bir qrup fiziki məhdudiyyəti olan Azərbaycan vətandaşı Bakı şəhəri İcra hakimiyyətinin başcısı cənab Hacıbala Abutalıbova müraciət ünvanlayaraq yer istəyib. Lakin cavab hələ də yoxdur. Müraciətdə bildirilir: Hörmətli cənab Mer. Yazıb Sizin nəzərinizə catdırmaq istəyirik ki, ötən əsrin 90-cı illərində Azərbaycan hökuməti “Universal dizayn” adlı beynəlxalq bir layihəyə qoşulub. Bu sağlamlığından asılı olmayaraq, hər bir kəs üçün şəhər infrastrukturunu əlçatımlı edir. Ancaq reallıq bunu görsədir ki, fiziki məhdud olan insanların fərdi müstəqilliyi üçün ictimai nəqliyyat sistemi, məktəb, xəstəxana, işləmək hüququ bu öhdəliyin təmin edilməməsi ucbatından hələ də əl çatan deyil. Birləşmiş Millətlər Təşkilatı (BMT) qətnaməsinin fiziki məhdud olan insanlar üçün nəzərdə tutulan tələbləri hələ də Azərbaycandakı qurumlar tərəfindən həyata keçirilməmişdir. 2008-ci il, oktyabrın 2-də cənab Prezident tərfindən imzalansa da, nə aidyati qurumlar bunun həyata keçməsi üçün adekvat addımlar atmışdır, nədəki, bu qətnamənin yerinə yetirmədiyi təqdirdə Prezident tərəfindən cəza haqqında Milli Məclisə lahiyə təqdim olmuşdur. Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirik, 2015 ilin May ayının 15 –i tarixində Şərifzadə və Ayna Sultanova kücələrinin kəsişməsində olan Köhnə qəbristanlığın yuxarı qapısında bizə əlillərin Azərbaycanda ölmüş hüquqlarının dəfni ilə əlaqədar imza toplama aksiyası ücün vaxt və yer ayırasınız. Sülhanə Bayramova Səfərəliyeva Sevda Yusif qızı Hacılı Zaur Nəsir oglu Abışov Orxan Zaur oglu Samir Səlimov Balaşov Fərid İlqar oglu Rəhmanov Əhməd Fazil oglu Geri qayıt |