Əsas Səhifə > Güney Press / Ana xəbər > İşdən qovulan polis zabiti vəzifəsinə qaytarıldı
İşdən qovulan polis zabiti vəzifəsinə qaytarıldı2-05-2015, 12:30 |
![]() Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb. Report-un məlumatına görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub. Müvafiq əmrə əsasən, M.Rzayev Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi. Geri qayıt |