Əsas Səhifə > Güney Press / Ana xəbər > Həkim təhqiqatçını və prokuror köməkçisini ifşa etdi

Həkim təhqiqatçını və prokuror köməkçisini ifşa etdi


1-05-2015, 17:23
Həkim təhqiqatçını və prokuror köməkçisini ifşa etdi
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) Göyçay rayonu Çərəkə kənd sakini Akif Əhmədovun müraciəti daxil olub: “
Bizim qızımız Aygün Əhmədova Göyçay mərkəzi xəstəxanasının həkimlərinin qeyri-peşəkarlığının əzabını çəkir.
2013-cü ilin noyabrında qızımda yüngül nasazlıq olub. Mərkəzi xəstəxananın həkimi Vladimir Şirinov ona inyeksiya edib. Bundan sonra qızımda dəhşətli ağrılar baş verib. Və Rövşən adlı həkim bizim xəbərimiz olmadan qızımı əməliyyat edib. Əməliyyat uğursuz olub. Həmin əməliyyatdan ilyarım keçib. Ancaq qızım bu günədək yataqdan qalxa bilmir. Mən bu barədə Göyçay RPİ-ə müraciət edərək qızımı əlil edən həkimin cəzalandırılmasını tələb elədim. İşin araşdırılması Elsevər adlı təhqiqatçıya həvalə olundu. Ancaq cinayət işi qaldırılmadı. Sonra Göyçay rayon prokurorunun köməkçisi Ramiz ( soyadını bilmirəm ) məni qəbul elədi və bildirdi ki, ancaq ölüm halında cinayət işi qaldırıla bilər. Mən qızımı əlil edən həkimdən böyük məbləğdə rüşvət alındığını öyrəndim”.
Göyçay rayon prokurorunun köməkçisi Ramiz ( bizə soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Akif Əhmədovun dediklərinin əsası yoxdur. Mən onun şikayətini araşdırmamışam”.
Göyçay RPİ-nin təhqiqatçısı Elsevər isə ( soyadını demədi) müxbirimizə bildirib ki: “ Akif Əhmədov çox pis adamdır. O, həmişə şikayət edir, qızının uğursuz əməliyyat olunduğunu yazır. Ancaq biz ekspertiza təyin elədik və ittihamlar əsassız oldu. Ona görə də cinayət işi qaldırılmadı”.
Göyçay Mərkəzi xəstəxanasının həkimi Vladimir Şirinov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Akif Əhmədovun şikayəti əsasında heç bir ekspertiza keçirilməyib. Düzdür, prokurorun köməkçisi Ramiz barəsində şikayət olunan həkimləri öz kabinetinə çağırdı. Kabinetdə təhqiqatçı Elsevər də var idi. Prokuror köməkçisi təhqiqatçıya göstəriş verdi ki, cinayət işi açılmasın”.

Geri qayıt