Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bank Of Baku"nun eks-sədrinə "Kapital Bank"da vəzifə verildi

"Bank Of Baku"nun eks-sədrinə "Kapital Bank"da vəzifə verildi


1-05-2015, 14:46
"Bank Of Baku"nun eks-sədrinə "Kapital Bank"da vəzifə verildi
"Kapital Bank" ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin olunub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə Fərid Hüseynov gətirilib.

F. Hüseynov vəzifəsinin icrasına may ayının 1-dən etibarən başlayacaq.

O, eyni zamanda baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq.

F. Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.

Bundan öncə F. Hüseynov "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri olub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Geri qayıt