Əsas Səhifə > Güney Press / Ana xəbər > Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 4 müəssisə ləğv edilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 4 müəssisə ləğv edilib30-04-2015, 16:39 |
![]() Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar verib. APA-nın məlumatına görə, qərara əsasən, KTN-nin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib. Bunlar nazirliyin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir. Geri qayıt |