Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Göyçayda dəhşətli olay: Həkim naşılığı 1 il 6 aydır ki, gənc qızı yataq xəstəsinə çevirib

Göyçayda dəhşətli olay: Həkim naşılığı 1 il 6 aydır ki, gənc qızı yataq xəstəsinə çevirib


30-04-2015, 10:22
Göyçayda dəhşətli olay: Həkim naşılığı 1 il 6 aydır ki, gənc qızı yataq xəstəsinə çevirib
DİA.AZ: - Göyçay Rayon Çərəkə kəndi sakinləri Əhmədovlar ailəsi tərəfindən DİA.AZ-a daxil olan şikayət məktubunda həkim naşılığından və digər ittihamlardan bəhs olunur. Həmin müraciəti diqqətinizə çatdırırıq:

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, bizim övladımız 27 yaşlı Aygün Göyçay Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin səriştəsizliyi, savadsızlığı və qanunsuzluğu nəticəsində 1 il 6 aydır ki, sağalmaz yataq xəstəsi olmuşdur .Cərrahiyə əməliyyatından sonra indiyə qədər Aygün ayılmır, hərəkətsiz şəkildə yataqda qalıb ki, bunu edən səriştəsiz həkimlər cinayət məsuliiəti daşısalarda onlar rüşvət verib məsuliyyətdən kənarda qala bilmişdilər.Belə ki, təxminən 2013-cü ilin noyabr ayı tarixində qızımın xəstələndi deyə Göyçay Mərkəzi Rayon Xəstəxanasında Vladimir həkim müayinə etdi və iki iynə yazdı.Həmin iynələr vurulandan sonra bərk pristupu tutdu deyə bizə demədən Rövşən adlı həkim cərrahiyə əməliyyatı etdi.Hansı xəstəliyə görə 7 saat 30 dəqiqə cərrahiyə əməliyatı edilməsi barədə bizə heç bir məlumat verilmədi.Həmin gündən qızımız sağalmaz tam hərəkətsiz şəkildə yataq xəstəsi olmuşdur.Həkimlər isə başdan edib deyirlər ki, narahat olmayın qızınız ayılacaq. 1 il 6 aydır ayılmayan xəstənin artıq bundan sonra sağalması qeyri mümkündür.Hətda 17 dekabr 2014-cü il tarixdə xəstəni Bakı şəhərinə 2 saylı Klinikada stasionar qaydada müalicə etsələrdə heç bir irəlləyiş olmadı.Orada da Sevda adlı həkim 800 manat pulumuzu aldı.Hətda dediyi 1200 manat puldan 400 manat çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini qaytarmadı girov saxladı.Savadsızlığımızdan və kimsəsizliyimizdən suiistifadə edib bizə dəhşətli özbaşınalıqlar ediblər.Bizim ailə Göyçay Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin bu qanunsuzluqları barədə orqanlara etdiyimiz şikayət ərizələrimizi pul gücünə ört-basdır edilmişdir. Hətda şikayət etdiyimiz üçün bizi Göyçay RPŞ-də saxlayıblarda .Ortada görünən isə odur ki, Göyçay MRX-nın həkimlərinin səriştəsizliyi, qanunsuzluğu nəticəsində sağlam övladımız 1 il 6 aydır ki, hərəkətsiz şəkildə yataq xəstəsinə çevrilmişdir.Bu konkret olaraq cinayət əməlidir ki, Göyçay MRX-nın həkimləri törətmişdilər.Göyçay MRX-nın baş həkimi Famil Zeynalovun, Rövşən həkimin, Vladimir həkimin və Bakı şəhərində yerləşən 2 saylı Klinikanın Sevda adlı həkimin əməlləri tam, hərtərəfli və obyektiv araşdırılmalı onların barəsində qanunu tədbirlər görülməlidir.1 İL 6 aydır ki, bizə ağır dözülməz zülümlər yaşadan, gözümüzü yaşlı qoymuş ,övladımızı ömürlük şıkəst , yataq xəstəsi edən səriştəsiz, savadsız,saxtakar və korrupsiyaya qurşanmış həkimlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.Biz köməyi Allahdan , Prezidentdən və Mehriban xanımdan istəyirik.Artıq Prezident cənab İlham Əliyevə, Mehriban xanıma, MTN-i cənab Eldar Mahmudova, Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinə , Səhiyyə Nazirinə və Ombudsmana şikayət ərizələri ilə müraciət etmişik.İnanırıq ki, bu cinayət faktını Prezident və Mehriban xanım şəxsən araşdırılıb günahkarların cəzalandırılmasına tapşırıq verəcəklər.Sizdən çox-çox xahiş edirik, Sizə yalvarırıq şikayət ərizəmizi Göyçay rayon prokurorluğuna göndərmədən şəxsən nəzarətinizlə obyektiv araşdırıb saxtakarlıqla məşğul olan Göyçay MRX-nin Famil, Vladimr, Rövşən adlı həkimləri və Bakı şəhərində yerləşən 2 saylı Klinikanın Sevda adlı həkimi barədə qanunu tədbirlər görəsiniz.Xahiş edirik şikayət ərizəmizi Göyçay rayon prokurorluğuna göndərməyin.Bütün vicdanlı insanlardan da xahiş edirik Allah xatirinə bizim ailəyə kömək edin.Belə həkimlərin cəzasız qalması hamımızın həyatı üçün ciddi təhlükədir.Xahiş edirik köməklik edin, cinayətkarlar cəzalarını alsınlar".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt