Əsas Səhifə > Güney Press / Ana xəbər > Abutalıbov kommunistlərin 1 may aksiyasına icazə verdi

Abutalıbov kommunistlərin 1 may aksiyasına icazə verdi


29-04-2015, 12:49
Abutalıbov kommunistlərin 1 may aksiyasına icazə verdi
1 may Ümumdünya Zəhmətkeşlərinin Həmrəyliyi günü azərbaycanlı kommunistlər Neft Emalı Zavodunun yaxınlığında yerləşən “Azad fəhlə” heykəlinin yanına toplaşmağa icazə alıblar.

Virtualaz.org saytı xəbər verir ki, artıq bir aydır sosial şəbəkələrdə 1 may tədbirləri ilə bağlı aksiyaya başlanıb.

Təşkilatçılar aksiya ilə bağlı yaradılan qrupda çağırışlar edib. Həmin çağırışda deyilir: “Özünü zəhmətkeş insan sayırsansa, bu, sənin günündür. Bu günü qeyd eləməyə qorxma. Səni 1 may tarixində “Neftçilər” metrosuna yaxın olan Neft Emalı Zavodunun qarşısındakı “Azad fəhlə” heykəlinin önünə dəvət edirik. Yığıncağın keçirilməsinə icazə verilib. Öz hüququnu qoru ki, övladının da hüququ olsun”.

Məlumatda qeyd olunur ki, tədbirin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Meriya isə tədbirin keçirilməsinə icazə verib. Tədbirə 100-dən çox adamın qoşulacağı gözlənilir.

Qeyd edək ki, hУ™r il mayın 1-dУ™ nümayiş keçirmУ™k Т»aqqında qУ™rar 1889-cu ildə II İnternasionalın Paris konqresindУ™ Çikaqo fУ™Т»lУ™lУ™rinin xatirУ™sini У™bУ™dilУ™şdirmУ™k mУ™qsУ™dilУ™ qУ™bul edilib. Belə ki, 1886-cı il, mayın 1-dУ™ Çikaqo fУ™Т»lУ™lУ™ri 8 saatlıq iş günü tУ™lУ™bi ilə nümayiş keçirmiş, nəticədə polislУ™ nümayişçilər arasında qanlı toqquşma baş vermişdi.

Azərbaycanda 1 may tədbiri ilk dəfə 1900-cü ildə Bakıda I Balaxanı-Sabunçu rayonunda sosial-demokrat dУ™rnУ™klУ™ri nümayУ™ndУ™lУ™rinin yığıncağında gizli şəkildə keçirilib.

Geri qayıt