Əsas Səhifə > Güney Press / Ana xəbər > В«NurgünВ» 50 milyon manat cərimə edilib
В«NurgünВ» 50 milyon manat cərimə edilib29-04-2015, 09:28 |
![]() Artıq bir neçə gündür В«NurgünВ» şirkəti ətrafında bir sıra olaylar yaşanır. Ötən həftə şirkətə məxsus avtosalonlarda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi və ondan artıq şəxsin həbs olunduğu barədə məlumat yayıldı. JAM.AZ xəbər verir ki, bu məlumat şirkət və DİN tərəfindən təsdiqlənməsə də, bunun real olduğunu iddia edənlər də az deyil. Bu əsnada maraqlı olan daha bir məsələ də gündəmə gəlib. Həmin məlumatda deyilir ki, В«NurgünВ»də polis əməliyyatından əvvəl Vergilər Nazirliyi də yoxlamalar aparıb. Həmin yoxlamalar zamanı məlum olub ki, şirkət külli miqdarda vergidən yayınıb və buna görə də, В«NurgünВ» 50 milyon manat cərimə olunub. Lakin şirkət rəhbərliyi Vergilər Nazirliyinin müəyyən etdiyi həmin cərimənin yanlış hesablandığını və rəqəmin bu qədər böyük olmadığını əsas gətirərək, məsələni həll etməyə çalışır. JAM.AZ-a daxil olan yeni məlumatlarda o da vurğulanır ki, В«NurgünВ»lə bağlı daha bir qalmaqallı hal müəyyən edilib. Daha doğrusu, şirkətin fırıldaqçılıqla məşğul olduğuna dair iddialar ortaya atılıb. Həmin iddialara görə, şirkət xaricdən gətirdiyi avtomobillərin mühərriklərinin güclərini heç də doğru göstərməyib. Belə ki, vətəndaşlara satılan avtomobillərin mühərrik gücləri 1400 ss və ya 1600 ss olduğu halda, sənədləşdirmədə bu rəqəmlər müvafiq olaraq 1600 ss və ya 1800 ss göstərilib. Bu isə bir avtomobildə ikiqat qazanca bərabərdir. Eyni zamanda, В«NurgünВ»ün Azərbaycana yeni adı ilə gətirdiyi avtomobillərin bir qisminin heç də yeni olmadığı iddia edilir. Hətta bununla bağlı o da vurğulanır ki, guya, şirkətin təzə adı ilə gətirdiyi maşınların bir qismi xarici ölkədə istifadə olunmuş olub. Yəni, istismar edilmiş avtomobillər yeni adı ilə Azərbaycanda satışa çıxarılıb. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |