Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramil Usubov iki polis zabitini işdən çıxardı

Ramil Usubov iki polis zabitini işdən çıxardı


27-04-2015, 11:03
Ramil Usubov iki polis zabitini işdən çıxardı
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) iki əməkdaşı işdən çıxarılıb.

Report xəbər verir ki, PB-nin baş təhqiqatçısı polis mayoru Mehbalı Rzayev və təhqiqatçı polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.

Bundan başqa, M.Rzayev və C.Əkbərovun yol verdikləri qanun pozuntuları barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb.

Geri qayıt