Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş PA əməkdaşı hədələndiyini deyir...
Keçmiş PA əməkdaşı hədələndiyini deyir...17-04-2015, 13:00 |
![]() Söyün Sadıqov “Azərros”un sədri seçildikdən sonra Abbas Abbasovu tənqid atəşinə tutub. Abbasovun bundan sonrakı aqibəti barəsində isə Hafta.az-a politoloq Qabil Hüseynli danışıb. O, açıqlamasında bir sıra məqamlara toxunub: “Hesab edirəm ki, Söyün Sadıqov qanuni qurultay keçirib “Azerros”un prezidenti seçilib. Azərbaycanın Rusiyadakı diasporu da Söyün Sadıqova səs verdi. Elə o təşkilatın bünövrəsini də Sadıqov qoyub. İndi də öz qurumunun rəhbərliyinə qayıdır və burada qeyri-adi hal yoxdur. Sadəcə olaraq, vaxtilə Abbas Abbasova ağsaqqal kimi hörmət göstərib, onu Ağsaqqallar Şurasının sədri gətirib. Özü də bir şey də var ki, “Azərros”a sədrlik etmək üçün mütləq Rusiya vətəndaşı olmaq lazımdır. Abbas Abbasov isə Azərbaycan vətəndaşıdır. Onun “Azərros”la bağlı hərəkətləri mövcud qanunvericiliyə ziddir. Hesab edirəm ki, Abbasov hətta Söyün Sadıqovun da ondan üz döndərməsindən sonra sakitcə oturmalıdır. Əgər vətəni Azərbaycanı çox sevirsə, ölkəyə qayıtmalıdır. Burada oturub pensiya həyatını yaşamalıdır”. Qabil Hüseynli onu da bildirib ki, Abbas Abbasovdan verdikləri açıqlamalara görə, onun adamları tərəfindən təhdid mesajları alır: “Bu baxımdan demək olar ki, onun barəsində verdiyim hər açıqlamadan sonra təhdidlə üzləşirəm”. Geri qayıt |