Əsas Səhifə > Güney Press / Ana xəbər > Daxili işlər orqanlarında kadr təyinatları olub
Daxili işlər orqanlarında kadr təyinatları olub15-04-2015, 11:11 |
![]() DİA.AZ report-a istinadən xəbər verir ki, müvafiq əmrlərə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) 4 müstəntiqinin yeri dəyişdirilib. Belə ki, idarənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov, müstəntiqlər - polis kapitanları Anar Məmmədov və Rüfət Allazov Xətai RPİ-nin İstintaq Şöbəsinə müstəntiq təyin olunub. Sabunçu RPİ-nin İstintaq Şöbəsinin digər müstəntiqi Anar Miralayev isə Səbail RPİ-nin müvafiq şöbəsinə müstəntiq təyin edilib. Xatırladaq ki, bir neçə ay əvvəl Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əhədov Xətai RPİ İŞ-ə rəis təyin edilmişdi. Geri qayıt |