Əsas Səhifə > Güney Press / Ana xəbər > "Access Bank"da problemli kreditlərin həcmi xeyli artıb
"Access Bank"da problemli kreditlərin həcmi xeyli artıb14-04-2015, 11:46 |
![]() "Access Bank" QSC-nin problemli kreditlərinin həcmi 2015-ci ilin ilk rübündə 6,5 dəfə artaraq aprel ayının 1-nə 49,5 mln. manata çatıb. "Report"un Bankın baş ofisə istinadən verdiyi xəbərə görə, əgər bu ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelində payı 0,92% olubsa, I rübün sonuna bu göstərici 5,35%-ə yüksəlib. Qeyd edək ki, "Access Bank"ın cari ilin ilk rübündə xalis zərəri 2,346 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2014-cü ilin IV rübünü bank 8,334 mln. manat xalis mənfəətlə başa vurub, ötən il orta rüblük xalis mənfəəti isə 10,109 mln. manata bərabər olub. Rüblük hesabatına əsasən, bank 2015-ci ilin yanvar-mart aylarında məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından ümumilikdə 5,06 mln. manat zərər edib. Ötən ilin yekununda isə bank əksinə, bu əməliyyatlardan 887 min manat gəlir əldə edib. Geri qayıt |