Əsas Səhifə > Güney Press / Ana xəbər > “Aslan Aslanovun adını hallandırmaq ağlıma da gəlməyib”

“Aslan Aslanovun adını hallandırmaq ağlıma da gəlməyib”


4-04-2015, 13:09
“Aslan Aslanovun adını hallandırmaq ağlıma da gəlməyib”
“Yeni Müsavat” qəzetinin 4 aprel, 2015-ci il tarixli sayında “Atamın öldürülməsində Səfər Əbiyevdən şübhələnirəm” başlıqlı yazı dərc olunub.

Həmin yazıda 1994-cü il, martın 28-də Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun ölüm səbəbləri ilə bağlı onun oğlu Faiq Rüstəmovun fikirləri də yer alır. Məqalə qəzetdə dərc ediləndən sonra F.Rüstəmov buna etiraz edib.

Virtualaz.org saytının redaksiyasına müraciət edən F.Rüstəmov bildirib ki, jurnalist onun adından səsləndirmədiyi fikirləri dərc edib: “Qəzeti alan kimi müəllifə zəng elədim. Telefonu bağlı olduğundan Elşən Məmmədəliyevə dəfələrlə etdiyim zənglər cavabsız qalırdı. Nəhayət, saat 10:00-da müəlliflə danışa bildim. Soruşdum ki, bu nə məsələdir. Müəllif cavab verdi ki, bəs, bu, redaktorun fikridir, yazı oxunsun, reytinq qazansin deyə belə yazmışıq. Redaksiyanı və redaktoru anlaya bilmirəm: reytinq xatirinə kimisə şərləmək lazımdır?

Bəyan edirəm ki, müsahibəmdə atamın ölümünün səbəbləri ilə bağlı Səfər Əbiyev və Aslan Aslanovun adının hallandırılması ağlıma belə gəlməyib. Bu, müəllifin Şəmkirdə görüşdüyü Elpərəst Həsənlinin xəstə təxəyyülünün məhsuludur”.

Geri qayıt