Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazirlik “Azərişıq” ASC-nin yüksək rütbəli əməkdaşını cərimələdi
Nazirlik “Azərişıq” ASC-nin yüksək rütbəli əməkdaşını cərimələdi3-04-2015, 16:20 |
![]() “Bakıdakı Rixard Zorge parkında obyekt tikintisi aparılarkən nadir növdən olan 5 çoxillik ağac zədələnib”. Bunu virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bu parkda “Azərişıq” ASC üçün inzibati bina tikintisi zamanı yaşıllıqların məhv edilməsinə münasibət bildirərkən deyiblər. Nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində “Azərişıq” ASC-nin yüksək rütbəli əməkdaşı Əşad Ağayev 5 min manat məbləğində cərimələnib. Bu məsələ şəxsən nazir Hüseyn Bağırovun nəzarəti altındadır. Nazirlik əvvəlcə ağacların tikinti gedən ərazidən çıxarılaraq başqa yerə köçürülməsinə icazə və göstəriş verib, lakin bu göstərişə əməl olunmayıb. “Azərişıq” ASC isə ağacların kəsilməsi və park ərazisində tikinti aparılması faktını təkzib edir. ASC-dən bildirilib ki, Rixard Zorge parkında “Azərişıq” üçün heç bir inzibati bina tikilmir: “Zorge parkının ərazisində 1958-ci ildən fəaliyyətdə olan “Bakıelektrikşəbəkəyə” məxsus həmin parka xidmət edən 170 saylı yarımstansiyanın əvəzinə eyni ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ölçüləri 14x17 m olan daha müasir və daha güclü yarımstansiya inşa olunur. Qeyd olunan heç bir yaşıllıq sahəsi məhv edilməyib, iki ədəd ağac isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu tərəfindən qanunauyğun şəkildə köçürülüb”. Geri qayıt |