Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümov nədən dərsdən yayınır?
Səlim Müslümov nədən dərsdən yayınır?2-04-2015, 10:29 |
![]() Bakı Biznes Universitetində çalışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çoxdandır dərslərdə iştirak etmir. Bu barədə AzVisionaz.az- universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, universitetə gəlmir. “Səlim Müslümov universitetin Maliyyə kafedrasının müdiridir. Buna görə də universitetə gec-gec gəlir”-deyə qeyd edilib. Həmçinin bildirilib ki, nazirin universitetdə dərs saatı yoxdur: “Səlim müəllimə dərs verilməyib. O, kafedra müdiridir. Səlim Müslümovun kafedrasında 16 nəfərdən ibarət professor-müəllim heyəti çalışır”. Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir. Geri qayıt |