Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər Azərbaycan tərəfinə keçən əsgərə cinayət işi açdılar

Ermənilər Azərbaycan tərəfinə keçən əsgərə cinayət işi açdılar


31-03-2015, 11:50
Ermənilər Azərbaycan tərəfinə keçən əsgərə cinayət işi açdılar
Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, martın 22-də silahını ataraq Azərbaycan tərəfinə keçmiş əsgərə cinayət işi açılıb. Müddətdən artıq “qulluqçu” Andranik Qriqoryanın fərariliyi məsələsinə qondarma Qarabağ məhkəməsində baxılır. Onun hansı səbəbdən “döyüş postunu” tərk etdiyi araşdırılır.

Bununla bağlı hətta Ermənistanın müdafiə naziri Seyran Ohaniyanın da qəti göstərişlər verdiyi bildirilib. Onun haqqında işğalçı ölkənin və qondarma qurumun “hərbi nizamnaməsinə” əsasən fərariliyin üç maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, martın 22-də ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçmiş Andranik Qriqoryan zabitlər tərəfindən incidildiyini bildirib. O da çıxış yolunu Azərbaycan tərəfinə keçməkdə gördüyünü vurğulayıb.

Geri qayıt