Əsas Səhifə > Güney Press / Ana xəbər > Rektor qızının videosu silinir
Rektor qızının videosu silinir26-03-2015, 11:25 |
|
Xəzər Universitetinin rektoru qızı ilə bağlı qalmaqalı soyudur. Hamlet İsaxanlı övladı Ülkərin ictimai yerdə tanışları tərəfindən döyülməsini əks etdirən videonu yığışdırmağa çalışır. Ülkər İsayevanın məlum görüntüləri sosial Yutub sosial şəbəkəsindən silinməsinə cəhd olunur. Bu məlumat Tia.az-a verilib. Xəbərdə qeyd olunur ki, rektor qızı ilə bağlı müxtəlif iddialar, versiyalar da artıq səslənmir. H.İsaxanlı mətbuata qeyri-rəsmi şəkildə xahiş edib. İddia olunur ki, rektor qızından yazılmasına son qoyulmasını rica edib. Xatırladaq ki, Ülkər İsayeva martın 9-da döyülüb. Hadisə Bakının Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. İki qardaş – Zaur və Elin Məmmədovlar onu fiziki işgəncəyə məruz qoyub. Zaur həbs edilib. Rektor isə iddia edir ki, videodakı onun qızı yox, “Katya” adlı tanışıdır. Geri qayıt |