Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD uşaqları məscid və məktəblərdən yığır
İŞİD uşaqları məscid və məktəblərdən yığır25-03-2015, 11:57 |
|
Analitik.az-ın məlumatına görə, İŞİD terror qruplaşması son 3 ayda Suriyada 400-dən artıq uşağı sıralarına cəlb edib. Reuters Suriyadakı insan hüquqlarını müdafiə edən təşkilatlara istinadən xəbər verir ki, 18 yaşınadək olan uşaqlar müxtəlif üsullarla ələ alınır. İŞİD-çilər İctimai yerlərdə, məscidlərdə və məktəblərin yaxınlığında ciddi fəaliyyətdədirlər. Uşaqları məktəblərdən yayındırmaq daha asan olduğundan, ilk iş kimi onu edirlər. Sonra isə uşaqları öz düşərgələrinə hazırlıq üçün cəlb edirlər. "Uşaqların məscidlərə böyük həvəs və axınla getdiyi bölgələrdə onların "beynini yumaq" daha asan olur" - deyə, yerli hüquq müdafiəçiləri bildirirlər. "Xilafət ideologiyası" ilə köklənmiş İŞİD-çilər, uşaqların İslami biliklərinin zəifliyindən məharətlə istifadə edirlər. Çox qısa müddətdə uşağı ələ almaq mümkün olduğundan, bəzən yerli dindarlar da pul qarşılığında İŞİD-çilərlə "bazarlığa" gedərək onların uşaqlarla "işləməsinə şərait yaradırlar". Məlumata görə, ələ alınan uşaqları "xilafət kurslarına" cəlb edirlər. Bu "kurslarda" onlara hərbi hazırlıq və ideoloji təlimatlandırma aparırlar. Artıq uşaqlardan təşkil olunmuş kamikadze qruplarının mövcudluğu, bu uşaqların intihar-terror aktlarında istifadə edilməsi, hətta, suriyalı hüquq müdafiəçilərini ciddi narahat edib. Onlar beynəlxalq təşkilatlara, xüsusən, BMT-yə müraciət edərək, bu məsələyə diqqət yetirməyi, uşaqların İŞİD terrorlarında istifadə edilməsinin qarşısını almaq üçün tədbir görməyə çağırırlar. Suriyalı mənbələr etiraf edir ki, uşaqların "beynini yumaq" daha asan olduğundan, İŞİD-in 18 yaşadək uşaqlardan təşkil olunmuş "xilafət kursları" sürətlə genişlənir. Geri qayıt |