Əsas Səhifə > Güney Press / Ana xəbər > Cahangir Hacıyevin istefası ilə dolların məzənnəsi arasındakı əlaqə

Cahangir Hacıyevin istefası ilə dolların məzənnəsi arasındakı əlaqə


19-03-2015, 14:32
Cahangir Hacıyevin istefası ilə dolların məzənnəsi arasındakı əlaqə
“Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasının devalivasiya ilə əlaqələndirmək doğru deyil”.

Bu fikri Hafta.az-a iqtisadçı- ekspert Vüqar Bayramov söyləyib. O bildirib ki, dəyişən sadəcə rəhbərlikdir:

“Beynəlxalq bank dövlətin kapitalı olan yeganə bankdır. Ancaq bunu nəzərə almasaq, buranın digər banklardan hər hansı ciddi fərqi yoxdur. Təbii ki, Beynəlxalq Bank ölkənin ən iri bankıdır və burada əmanətlərin böyük bir qismi saxlanılır. Eyni zamanda buranın kredit qoyuluşlarında, eləcə də bank aktivlərində payı kifayət qədər yüksəkdir. Ancaq bütün bunlara baxmayaraq, söhbət Beynəlxalq Bankın bağlanmasından getmir. Məsələ sadəcə olaraq bankda menecmentin dəyişməsidir. Bunun isə heç bir halda manatın məzənnəsi ilə əlaqəsi yoxdur. Ümumiyyətlə, banklarda menecmentin dəyişməsi humanitar siyasətlə əlaqəli deyil. Bu Mərkəzi Bank tərəfindən həyata keçirilir. O cümlədən məzənnə siyasəti ilə bağlı qərarları da yalnız Mərkəzi Bank qəbul etmək səlahiyyətinə malikdir. Bu baxımdan düşünmürəm ki, Beynəlxalq Bankın rəhbərinin dəyişməsinin manatın məzənnəsinə hər hansı təsiri var. Manatın məzənnəsi ilə hər hansı bankın sədrinin dəyişməsi arasında əlaqənin axtarılması doğru deyil”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib.

Geri qayıt