Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini işdən çıxarıldı
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini işdən çıxarıldı19-03-2015, 11:51 |
![]() Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib: “Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y. Xanvəli bildirib. Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib. DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y. Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.(apa) Geri qayıt |