Əsas Səhifə > Güney Press / Ana xəbər > Fikrət Məmmədovun "qoçu dəstələrindən" xəbər var...

Fikrət Məmmədovun "qoçu dəstələrindən" xəbər var...


16-03-2015, 13:21
Fikrət Məmmədovun "qoçu dəstələrindən" xəbər var...
11 martda saytımızda “Baku Collekting Agency” şirkəti Ədliyyə Nazirliyinə böhtan atır” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə hüquqşünas Samir İsmayılovun qafqaznews.org saytına müraciəti əsasında hazırlanmışdı. İsmayılov bildirirdi ki: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”-nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”.
Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq.
Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarla bağlı belə bir tapşırıq verməmişik”.
Baş verənləri “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynov belə şərh edib: “ “Baku Collekting Agency”-in nümayəndəsinin “Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq” deməsi vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdir ki, bu da cinayədir”.
Vəkil İlham Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi “Baku Collekting Agency”-nin əməlləri ilə bağlı müvafiq orqanlara məlumat verməli, tədbir görülməsini tələb etməlidir.

Geri qayıt