Əsas Səhifə > Güney Press / Ana xəbər > “Prezidentə təqdim ediləcək siyahı hazırlanır”

“Prezidentə təqdim ediləcək siyahı hazırlanır”


16-03-2015, 12:34
“Prezidentə təqdim ediləcək siyahı hazırlanır”
“Hazırda Əfv Komissiyası işləyir, ərizələrə baxırıq, müzakirə edirik. Bir neçə iclas olacaq, əfvlə bağlı indidən konkret nəsə demək tezdir”.

Bunu Modern.az-a açıqlamasında Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova bildirib.

O qeyd edib ki, siyahı hələ ki hazır deyil: “Əfv təbii ki, prezidentin səlahiyyətində olan məsələdir. Bizim tərəfimizdən cənab prezidentə təqdim edilməsi üçün siyahı hazırlanır. Allah qoysa, əfv olacaq, biz buna ümid edirik. Biz hər zaman hüquq müdafiəçilərinin xahişlərini də nəzərə alırıq. Siyahı üzrə iş gedir. İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadan, hüquq müdafiəçilərindən gələn ərizələrin hamısı tutuşdurulur və müakirə edilir, onların əsasında siyahı hazırlanır”.

Geri qayıt