Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda dəhşətsaçan görüntülər
Sumqayıtda dəhşətsaçan görüntülər14-03-2015, 17:07 |
|
Sumqayıtda qeyr-qanuni və antisanitar vəziyyətdə fəaliyyət göstərən şirniyyat sexi aşkarlanıb. Xeberle.com-un məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinin nümayəndələri tərəfindən insan həyatı üçün təhlükəli olduğu müəyyən edilən lokum şirniyyat sexinin fəaliyyəti dayandırılıb. Sumqayıt şəhərində kimya məhsulları istehsal edən zavodun ərazisində yerləşən şirniyyat sexində kecirilən reyd zamanı fiziki şəxsə məxsus sexdə bir neçə adda şirniyat məhsullarının istehsal edildiyi müəyyən olundu. Yoxlama zamanı sexdə bir sıra ciddi nöqsanlar aşkar edilib. Həmçinin istehsal olunan məhsulların uyğunluq və gigiyenik sertifikatları sex rəisi tərəfindən təqdim edilməyib. Sexdə hazır məhsulun analiz olunması üçün hər hansı bir laboratoriya ilə müqavilə bağlanmadığı da üzə çıxıb. Şirniyyatın hazırlanma prosesi isə görənləri dəhşətə gətirir. Ən diqqətçəkən məqam isə xəmirin kəsilməsi üçün qoyun qırxlığından istifadə edilməsidir. Bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur. Geri qayıt |