Əsas Səhifə > Güney Press / Ana xəbər > Kürqırağı rayonlardan bol taxıl gözləməyinə dəyməz...
Kürqırağı rayonlardan bol taxıl gözləməyinə dəyməz...14-03-2015, 11:01 |
|
Dənli bitkər bitkiçiliyin, eləcə də bütövlükdə kənd təsərrüfatının zəruri məhsulları olmaqla insanların qidasının, məhsuldar heyvandarlığın və quşçuluğun inkişafının əsasını təşkil edir. Onların istehsalının artırılması ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu btkilərin becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. infom.az-ın əməkdaşı yuxarda qeyd olunanlarla əlaqədar Salyan və Neftçala rayonlarında əkilən torpaq sahələri ilə bağlı araşdırma aparıb. Təəssüf k, bölgədə vəziyyət ürəkaçan deyil. Belə ki, becərmə işləri müxtəlif səbəblərdən aqrotexniki qaydada aparılmır. Yazın gəlişiylə əlaqədar taxıl sahələrində müxtəlif alaq otları da inkişaf mərhələsindədir. Üstəlik hazırkı vaxtda taxıla verilən azot gübrəsi bu bitiklərə də əlavə canlanma verəcək. Təxminən aprel ayının birinci on günlüyündə həmin enliyarpaq alaq otlarına qarşı amin duzu səpilməsə, məsuldarlıq ikiqat azalaraq, biçilən taxıl isə kefiyyətsiz (zibilli) olacaq. Taxılın becərilməsində mərhələli problemlərdən biri də ölkəyə gətiirilən kefiyyətli amin duzunun rayonlara gəlib çıxmamasdır. Rəsmilər iddia edə bilər ki, hər şey qaydasındadır. Fermerlər isə qətiyyətlə bildirir ki, nəinki amin duzu, hətta onu zəmilərə səpməyə qurğu (rezin təkərli traktor qoşqusu) belə yoxdur. Olanlar da Sovetdən qalma, sınıq-salxaq vəziyyətdədir. Bu il yağan qar və yağış məhsuldarlığın artmasına təsir edə bilərdi. Amma Kənd Təsərüfütı Nazirliyininn alaq otları qarşısndaki acizliyi nikbin proqnozları alt-üst edir. Texnika və dərman çatışmamazlığıyla yanaşı, becərmədə movcud olan digər problemlərdən biri də torpaq sahələrinin qış fəslində arat olunmamasıdır. Bunu əngəlləyən sadə səbəblər var. Belə ki, əkin sahələrində şum zəruri dərinlikdə çıxarılmır, illərdir ki, təsərrüfat kanalları qazılmır, hətta beton örtüklü su arxlarında alaq otları boy verir. Məlumat üçün qeyd edək ki, bu il Salyan rayonunda əkilib becərilən 30 673 hektar torpaq sahəsinin 12 890 hektarında taxıl əkilib. Neftçala rayonunun isə bu göstərici ümumi əkinlərin (49.130 ha) 80%-ini (38 997 ha) təşkil edir. infom.az Geri qayıt |