Əsas Səhifə > Güney Press, Reklam > Azercell fevral ayı üçün Facebook sosial şəbəkəsinin lideridir

Azercell fevral ayı üçün Facebook sosial şəbəkəsinin lideridir


13-03-2015, 11:53
Azercell fevral ayı üçün Facebook sosial şəbəkəsinin lideridir
Azərbaycan mobil bazarının lideri Azercell Telekom MMC növbəti dəfə Facebook sosial şəbəkəsindəkirəsmi səhifəsində müştəri istəklərinin 100% cavablama nəticəsini əldə etdi.Azercell bu ilin fevral ayı üçün sosial şəbəkə üzərindən müştərilər tərəfindən verilən bütün sualları cavablandırıb və ölkənin bütün brendləri arasında ötən ay üçün liderdir. Xatırladaq ki, Azercell dəfələrlə, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq“Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
2014-cü ilin ikinci rübündə Azercell Azərbaycanda ilk dəfə olaraq 100% cavablama nəticəsini əldə edərək rekord göstəriciyə imza atıb. Məlumat üçün bildirək ki, hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.
Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 400 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.
Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olmuşdur. Bu yeniliklərin tətbiqindəməqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube vəInstagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.

Geri qayıt