Əsas Səhifə > Güney Press / Ana xəbər > Aslanov üçün cinayət dosyesi toplanır

Aslanov üçün cinayət dosyesi toplanır


13-03-2015, 11:48
Aslanov üçün cinayət dosyesi toplanır
Şəmkirin keçmiş rəhbəri Aslan Aslanov gündəmdən düşmür.

Onun ölüm eskadronu ictimailəşdirilib və həbsinə hazırlıq üçün cinayət dosyesi toplanıb. Lamiyə qalmaqalından xeyli vaxt keçsə də, sabiq başçının əməlləri haqda məlumatlar səngimir. Ehtimal olunur ki, A.Aslanovun istintaqına cinayət materialları cəmlənir. Mənbənin Tia.az-a verdiyi bu məlumatlarda iddia olunur ki, eks-başçı yazılanları susmaqla qarşılayır. Onun incə bir səhvi və ya açıqlaması vəziyyəti dərinləşdirə bilər. Lamiyə Quliyevanın məhbəsdə ana olması ictimailəşəndən sonra Şəmkirdə baş vermiş və illərlə araşdırılmayan bir çox cinayətlər haqda bilgilər ortaya çıxdı. İllərlə susmaq məcburiyyətində qalanlar bu gün də danışmaqda davam edirlər və yeni-yeni faktlar üzə çıxır. İş adamı Elpərəst Həsənli onun ölüm eskdaronunu açıqlayıb. E.Həsənli general-mayor Fikrət Məmmədovun qanını A.Aslanovun batırdığını deyib. E.Həsənli A.Aslanovun qardaşı Elsevər Aslanovun maşınla Şəmkir sakinini vurub öldürdüyünü də bildirib.

Geri qayıt