Əsas Səhifə > Güney Press / Ana xəbər > Dilqəm Əsgərov: `Bu barədə məlumat verəcəyəm..`

Dilqəm Əsgərov: `Bu barədə məlumat verəcəyəm..`


13-03-2015, 10:41
Dilqəm Əsgərov: `Bu barədə məlumat verəcəyəm..`
Qondarma “Dağlıq Qarabağ məhkəməsi”nin ömürlük azadlıqdan məhrum etdiyi azərbaycanlı girov Dilqəm Əsgərov haqqında çıxarılan hökmdən “Ali məhkəmə”yə kassasiya şikayəti verə bilər.

AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun “vəkil”i Erik Beqlaryan bildirib.

“Vəkil” vurğulayıb ki, yaxın günlərdə Dilqəmlə görüşəcək və sonrakı addımları müzakirə edəcək.

“Mən ona Ali “Məhkəmə”yə müraciət etmək hüququnun olduğunu bildirdim. Dilqəm isə cavabında bu barədə düşünəcəyini və mənə məlumat verəcəyini bildirdi”.

Erik Beqlaryan həmçinin vurğulayıb ki, görüşdə Dilqəmin “Dağlıq Qarabağ Respublikası prezidenti”nə əfvlə bağlı müraciət məsələsi də müzakirə olunmayıb.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Geri qayıt