Əsas Səhifə > Güney Press / Ana xəbər > Söküntüyə qaçaraq gələn Yasamal İH problemi görməzlikdən gəlir

Söküntüyə qaçaraq gələn Yasamal İH problemi görməzlikdən gəlir


12-03-2015, 12:59
Söküntüyə qaçaraq gələn Yasamal İH problemi görməzlikdən gəlir
Bakıda iri gövdəli ağac binanın üstünə aşaraq sakinləri təhlükə altında qoyub
Milli.Az xəbər verir ki, paytaxtın Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində iri gövdəli çinar ağacı aşıb.

Üç gün əvvəl güclü küləyin nəticəsində kökündən çıxan ağac 9-mərtəbəli binanın üstünə aşıb, eyvanları uçurub. Sakinlər bildirirlər ki, hadisə barədə lazımi qurumlara məlumat çatdırıblar.

Hadisə yerinə baxış keçirilib, ancaq heç bir dəyişiklik yoxdur, ağac olduğu kimi qalmaqdadır.

Milli.Az ağacın aşması ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlasa da problemə baxan şəxslərin heç biri yerində olmadığından başqa vaxt zəng vurmağı xahiş etdilər.

Söküntüyə qaçaraq gələn Yasamal İH problemi görməzlikdən gəlir
Söküntüyə qaçaraq gələn Yasamal İH problemi görməzlikdən gəlir

Geri qayıt