Əsas Səhifə > Güney Press / Ana xəbər > Cəlilabadda meşələri məhv edən şəbəkə var
Cəlilabadda meşələri məhv edən şəbəkə var12-03-2015, 12:34 |
![]() Cəlilabad rayonunda meşə massivləri günü-gündən məhvə doğru gedir. Bəzi işbazların təhrikiylə bir sıra kəndlərin sakinləri meşələrdəki ağacları qeyri-qanuni kəsərək dəyər-dəyməzinə satmaqla gündəlik çörək pullarını çıxarırlar. Xəbər redaksiyamıza çatar-çatmaz deyilənləri yerindəcə araşdırmaq məqsədilə rayona öz əməkdaşımızı ezam etdik. Əməkdaşımızım müşahidələri bizə gələn şikayət məktublarının heç də əsassız olmadığını göstərdi. Rayonun Şatırlı kəndində vəziyyət xüsusilə acınacaqlıdır. Belə ki, eydi adlı meşə massivində uca palıd ağacları nəinki balta ilə hətta elektrik mişarları ilə doğranaraq satışa çıxarılır. Artıq Şatırlı meşəsinin avtomobil keçə bilən bütün hissələrində nəhəng palıd ağaclarından əsər-əlamət qalmayıb. Yerli sakinlərin sözlərinə görə, meşənin dərinliklərndə hətta qeyri-qanuni odun karxanaları da fəaliyyət göstərir. Avtomobillər günün müxtəlif saatlarında həmin əraziyə daxil olub doğranmış hazır odunları götürərək odun bazarına çıxarırlar. Əlaqədar qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətləri Nazirliyinin rəhbərlərini məlumatlandırmaq üçün hələ keçən yayda çəkilmiş video-faktı təqdim edirik (vertikal.az). Yəqin ki, nazirlik məsələyə aydınlıq gətirməyə çalışacaq. Qeyd edək ki, son illərdə Cəlilabadda meşə təsərrüfatının məhv edilməsi ilə bağlı mətbuatda çoxlu sayda məlumatlar gedib. \\ VERTİKAL.AZ \\ Geri qayıt |