Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısından Azərbaycana qarşı təxribatçı addım
İcra başçısından Azərbaycana qarşı təxribatçı addım11-03-2015, 15:00 |
|
İmam Yaraliyev Şəhər Administrasiyasının bu gün keçirilən rəsmi iclasında Novruz bayramını ləzgicə adlandırıb. Bu barədə Axar.az-a Dərbənd sakinləri məlumat veriblər. Məlumata görə, şəhər meri buna ləzgicə “Yaran Suvar” bayramı deyib. Merin bu sözləri Dərbənd Şəhər Administrasiyasının saytında da yer alıb. Azərbaycanlılar mer tərəfindən buraxılmış bu səhvin aradan qaldırılmasını tələb ediblər. Şəhər administrasiyasına müraciət edən soydaşlarımız rəsmi saytda buraxılmış səhvin də aradan qaldırılmasını istəyib. Onlar buna əsas səbəb kimi şəhər administrasiyasının rəsmi dilinin ləzgicə olmadığını və bu sözlərin milli məsələlərin yenidən alovlandırılmasına xidmət etdiyini göstəriblər. Qeyd edək ki, “Yaran Suvar” ləzgi dilindən tərcümədə Bahar bayramı mənasını ifadə edir. Qatı ləzgi millətçiləri uzun müddət bu addan istifadə etməklə ləzgilərlə digər yerli xalqlar arasında münasibətləri qızışdırmağa çalışıblar. Geri qayıt |