Əsas Səhifə > Güney Press / Ana xəbər > “Özünü qoru, hər şey yaxşı olacaq” – Girovlara məktub

“Özünü qoru, hər şey yaxşı olacaq” – Girovlara məktub


11-03-2015, 10:37
“Özünü qoru, hər şey yaxşı olacaq” – Girovlara məktub
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyeva yenidən baş çəkəcəklər.

Bu barədə AzVision.az-a D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə ailəsi D. Əsgərova məktub yazıb.

“Görüş bir həftə ərzində baş tutacaq. Məktubda qardaşımın özünə, səhhətinə yaxşı baxmasını yazmışıq. Ona demişəm ki, özünü qorusun, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, ötən gün Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəmə” prosesi başa çatıb. “Apellyasiya məhkəmə”si Kəlbəcər girovlarına qarşı qondarma “məhkəmə”nin qəbul etdiyi qərarı dəyişməyib.

Xatırladaq ki, D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt