Əsas Səhifə > Güney Press > В«Navigator Mobile ServicesВ» şirkətinin direktoru pornoqrafik virus qalmaqalına

В«Navigator Mobile ServicesВ» şirkətinin direktoru pornoqrafik virus qalmaqalına


11-03-2015, 09:55
В«Navigator Mobile ServicesВ» şirkətinin direktoru pornoqrafik virus qalmaqalına
Mobil telefonlarımızı və sosial şəbəkələri cənginə alan təhlükəli virus barədə məlumat vermişdik. Virusun pornoqrafik məzmunlu olması isə onun daha da sürətlə yayılmasına səbəb olur. Xatırladaq ki, 2015-ci il martın 5-də saat 11:01-də "report.az” saytında "Azərbaycan mobil telefonlara pornoqrafik məzmunlu virusların yayılması aşkarlanıb” başlıqlı xəbər dərc edilib. Xəbərdə deyilir ki, Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub və virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir, bunun əvəzində ona erotik məzmunlu video təqdim olunur. Xəbərdə həmçinin qeyd edilib ki, araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir. Şirkətidən isə porno foto və videoların onlar tərəfindən vətəndaşlara göndərilməsini xəbərini təkzib ediblər. Və bunu qara piar adlandırıblar. "Navigator Mobile Services” şirkətinin direktoru açıqlamasında bildirib ki, qeyd olunan sayt kimə maraqlıdırsa açıb baxa bilər: В«Gündəlik həyatda - televiziya və jurnallarda ondan da fərqli bir şeylər görürlər. Düşünürəm ki, bu qara piardan başqa bir şey deyil. İlk növbədə qeyd etmək istərdik ki, В«Navigator Mobil ServicesВ» şirkətinin və bizim mobil telefonlarda yayıldığı iddia edilən pornoqrafik virusla heç bir əlaqəmiz yoxdur. Xəbərdə virusun hansısa texniki vasitələrlə telefona daxil olması və orada abunəçinin balansından pul sildiyi, erotik məzmunlu videonun peydə olduğu iddia olunur. Bildiririk ki, əvvəla, belə bir virusa biz rast gəlməmişik. İkincisi də bu virusun В«Navigator Mobile ServicesВ»ə, konkret olaraq mənə və Aslan Hacıyevə məxsus olması böhtandır. O ki, qaldı "hot-ero.net” internet səhifəsinə, bu sayt nə В«Navigator Mobil ServicesВ» şirkətinə, nə də rəhbərliyə məxsus deyil. В«Navigator Mobil ServicesВ» sadəcə "sms” göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri bu saytın sahiblərinə təqdim edir. Buna görə də saytdan istifadə edərkən istifadəçi ödənişin təsdiqlənməsi üçün şirkətə məxsus "edugate.az” səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər hər bir istifadəçi mütləq qaydada telefon nömrəsindən pul vəsaitinin silinməsinə razılıq verirВ». Anar Hacıyev deyir ki, В«Navigator Mobil ServicesВ» üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır: В«Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılmışdır və orada "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, pornoqrafik materiallar- əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilib. В«Navigator Mobil ServicesВ» ölkəmizin qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və innovativ şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı "SMS”-lə ani çatdıran "Job-SMS” xidməti kimi müasir tələblərə uyğun operativ xidməti vardır. В«Report.azВ» saytında verilən xəbərdə "milyonlar qazanmaq” barədə irəli sürülən iddialara gəlincə isə bunun əsassız olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, dövriyyəmizin əksər hissəsi partnyorlarımızın xidmətlərinin ödənişinə yönəlir, qalan hissəsindən isə qanunvericiliyə uyğun olaraq müvafiq ödənişlər, sosial xərclər, o cümlədən yüksək ixtisaslı İKT mühəndislərinin əməyinin ödənilməsi həyata keçirilir. Təəsssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli xəbər yalan və böhtan xarakteri daşıyır, В«Navigator Mobile ServicesВ» şirkətini və onun rəhbərliyini hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur. Bu iftiranın bizə kim, yaxud kimlər tərəfindən atıldığını bilmirik. Ehtimallara görə, rəqib şirkətlərdən biri bunu edə bilər. Hələ ki, aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməmişik. Amma məlumatı yayan saytlara yazılı formada təkzib göndərmişikВ».

Geri qayıt