Əsas Səhifə > Güney Press / Ana xəbər > Qala sakinləri susuzluqdan əziyyət çəkirlər
Qala sakinləri susuzluqdan əziyyət çəkirlər6-03-2015, 14:51 |
![]() Xəzər rayonunun Qala qəsəbəsində sakinlər susuzluqla imtahana çəkilir. Şikayətçilərin Tia.az-a dediyi sözlərinə görə, qəsəbənin beş metrliyindən boru xətti keçsə də, məntəqəyə su verilmir. Sakinlər də suyu pulla alır. Suyun bir maşınına 25 manat verən qəsəbə camaatı bir ay ərzində təkcə suya görə, 100 manatından keçir. İcra başçısı Gülağa İslamovun və “Azərsu”nun unutduğu bu yaşayış massivində insanlar zooparkda yaşayan dəvələr qədər hörmətlərinin olmadığını bildirir. Sakinlər xahiş edirlər ki, bu problemə son qoyulsun. Sakinlər deyirlər ki, indiki dövrdə suyu pulla almaq “Azərsu” adına rüsvayçılıqdır. Geri qayıt |