Əsas Səhifə > Güney Press / Ana xəbər > Bağlanması gözlənilən banklara daha bir neçəsi əlavə olunur

Bağlanması gözlənilən banklara daha bir neçəsi əlavə olunur


3-03-2015, 18:44
Bağlanması gözlənilən banklara daha bir neçəsi əlavə olunur
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib. Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdıra bilməyən bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcəkdi.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirib ki, əhalinin narahatlığını nəzərə alıb artıq Mərkəzi Bank rəsmi açıqlama verməlidir:“Mərkəzi Bank bağlanacaq banklar haqqında artıq açıqlama verməli idi. Çünki vaxt yanvarın 1-də başa çatıb və nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar faktiki olaraq ya bağlanmalı, ya da digər bir banka birləşməli idi.
Arada məlumat gəldi ki, 4-5-ə yaxın bank nimzamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib, hətta adları da mətbuatda getdi. Mərkəzi Bank isə hər hansı açıqlama vermədi. Bu, çox ciddi məsələdir. Çünki əhalinin banklarda kifayət qədər əmanətləri, kreditləri var. Buna görə də Mərkəzi Bank açıqlama verməyə borcludur. Əhaliyə məlumat çatdırılmalıdır ki, onlar da öz işlərini bilsinlər.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar bunlardır. “Zaminbank”, “Turanbank”, “Bank of Azerbaycan”, “Kredobank”, “Bank Avrasiya”, “Rabitəbank”, “Gəncəbank”, “Qafqaz İnkişaf Bankı”, “Bank Kredit United”, “Günaybank”, “Azəri-Türk Bank”, “Atrabank”.
Bağlanması gözlənilərn banklar sırasına – “Yapı Kredi Bank Azərbaycan”, “AG Bank” və BTB Bank da əlavə oluna bilər. Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, bu banklarda nizamnamə kapitalı 50 milyona çatsa da, külli miqdarda yeyinti faktı var. 100 min manatlarla kreditin niyə aidiyyatı üzrə verilməməsi və nəticədə bu pulların niyə geri qaytarılmadığı araşdırılır.
Sözügedən banklarla bağlı geniş araşdırma yazımızı yaxın günlərdə təqdim edəcəyik…

Geri qayıt