Əsas Səhifə > Güney Press / Ana xəbər > "Baltika Bakı" MMC-ninTovuz filalialı qiymətləri özbaşına qaldırdı

"Baltika Bakı" MMC-ninTovuz filalialı qiymətləri özbaşına qaldırdı


3-03-2015, 11:50
"Baltika Bakı" MMC-ninTovuz filalialı qiymətləri özbaşına qaldırdı
"Baltika Bakı" MMC-ninTovuz filalialında qiymətlər süni şəkildə qaldırılıb.

Bu barədə Arqument.Az-a Tovuz rayon sakini Fuad Əhmədov məlumat verib.

O bildirib ki, "Baktika Bakı" MMC-nin Tovuz filialında özbaşınalıq baş alıb gedir: "Bunlar dövlətin qanunlarına, hörmətli prezidentimiz cənab İlham Əliyevin çıxışlarına məhəl qoymurlar. Tovuz filialının rəhbəri Yusif Səmədov heç bir bögədə qiymətlər qalxmadığı halda, süni şəkildə qiymətləri artırıb. Bu adam heç kimdən qorxmadan, çəkinmədən qiymət qaldırır. Mən bir sahibkar kimi soruşmaq istəyirəm ki, əgər qanunlar hamı üçündürsə, onda aidiyyatı qurumlar hara baxır? Niyə bu özbaşınalığa son quyulmur?"

Vətəndaş həmçinin İqtisadiyyat və Sənaye Nazirliyindən də bu məsələyə münasibət bildirməyi, problemin aradan qaldırılmasını xahiş edir.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt