Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb

Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb


3-03-2015, 09:27
Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb
Sumqayıtın icra başçısı Eldar Əzizovdan narazılıq davam edir. İcra başçısının şəhərin müxtəlif ərazilərindəki boş yerlərini "satışa çıxarması” sakinlərin narazılığı ilə qarşılanıb.

Mia.az-ın məlumatına görə, sakinlər artıq şəhərdə boş yerin qalmadığından hiddətləniblər. Bu barədə redaksiyamıza müraciət edən Sumqayıt sakinləri bildirirlər ki, Eldar Əzizovun şəhərə başçı təyin olnmasından bəri şəhərdə bütün boş ərazilər satılıb. İş o yerə çatıb ki, icra başçısı küçə və xiyabanlardakı yerləri "hədiyyə etdikdən" sonra səkilərə keçib. Məsələn, 36-cı məhəllədə yerləşən ASAN xidmətin ətrafındakı piyadaların keçməsi üçün nəzərdə tutlan səkilər satılıb. Yan-yörəsi satılan binanın sakinləri isə evlərinin kəndarından bir başa yola çıxmaq məcburiyyətində qalırlar.

Bu da həmin ərazidən çəkilən fotolardır:


Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb
Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb
Eldar Əzizov piyadaların yollarını, səkiləri də satışa çıxarıb
Geri qayıt