Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun qoçuları sürücünü ölümünə döydülər

Ziya Məmmədovun qoçuları sürücünü ölümünə döydülər

27-02-2015, 10:37
Ziya Məmmədovun qoçuları sürücünü ölümünə döydülər
Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”.

APA döyülən sürücünün fotolarını da əldə edib.

Geri qayıt