Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > Elmar Vəliyev də В«kəmərsıxmaВ» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı
Elmar Vəliyev də В«kəmərsıxmaВ» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı26-02-2015, 13:21 |
![]() DİA.AZ: - В«Rayon icra başçıları üçün В«kəmərsıxma siyasətiВ» daha ciddi problemlər yarada bilərВ». Buna DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə söyləyib. Belə ki, xəbəri verən qaynaq yerli rayon icra hakimiyyətlərinin builki xərcləmələrdə qənaətə üstünlük verməli olacaqlarını iddia edir. Mənbənin diaaz.space-a söylədikləri: В«Hətta vəziyyət elə bir həddədir ki, rayonlara bu il nəzərdə tutulan büdcə vəsaitlərindən belə qənaətlə istifadə təlimatı verilib. Bu isə o deməkdir ki, icra başçıları əlavə qaynaqlar tapmaq zorunda qalacaqlarВ». Mənbəmizə görə, icra başçılarının В«əlavə qaynaqВ» dedikdə ilk ağıllarına gələni isə yerli sahibkarlar olduğundan deməli, bu il əyalətdəki iş adamları üçün yaxşı nələrinsə vəd olunmadığını bəri başdan söyləmək olar. Artıq belə bir hərəkətlənmənin indidən müşahidə olunduğunu söyləyən mənbə diaaz.space-a bildirib ki, Azərbaycanın ikinci ən iri şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyev yerli sahibkarlarla В«söhbətəВ» hazırlaşır. Mənbə deyir: В«Elmar Vəliyev indidən öz siyahısını tutub və hansı sahibkarın boynuna hansı öhdəliyi qoyacağını artıq müəyyən edib. Təbii ki, belə bir davranış heç də sakitcə müşahidə olunmayacaqВ». Geri qayıt |