Əsas Səhifə > Güney Press / Ana xəbər > "Quska"nın obyektinin yerində park salınır

"Quska"nın obyektinin yerində park salınır


24-02-2015, 10:56
"Quska"nın obyektinin yerində park salınır
Keçmiş deputat Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən, keçən ilin noyabrında uçurulan əmlakın yerində aparılan tikinti işləri intensivləşib. Yusif Səfərov küçəsindəki ərazidə işləyən fəhlələr deyir ki, bir neçə aya əsas işləri bitirəcəklər. Burda geniş park salınır.

Tikinti ərazisinin qarşısına vurulan lövhədə də bildirilir ki, burda Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.11.2014-cü il tarixli 542 saylı sərəncamı ilə park salınır.

Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən mülk keçən il noyabrın 18-də bir gecədə sökülmüşdü.

Yusif Səfərov küçəsində 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina sökülməmişdən əvvəl icarəyə verilirdi. Obyektin anbar kimi istifadə edilən geniş sahəsi də olub.

"Quska"nın obyektinin yerində park salınır

Geri qayıt