Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakının valyutadəyişmə məntəqələrində sükut hökm sürür
Bakının valyutadəyişmə məntəqələrində sükut hökm sürür23-02-2015, 15:15 |
![]() Paytaxtın valyutadəyişmə məntəqələrində sakitlik hökm sürür. Son iki gündə manatın dollar və avroya olan məzənnəsinin bir neçə dəfə dəyişməsi həm valyuta satışı ilə məşğul olanları, həm də pul dəyişmək istəyənləri gözləməyə məcbur edib. Musavat.com olaraq, hazırkı vəziyyəti öyrənmək üçün Bakının “Neftçilər” metrostansiyası yaxınlığındakı valyutadəyişmə məntəqələrinə baş çəkdik. Və aydınlaşdı ki, həm sadə insanlar, həm də valyutadəyişmə məntəqələrinin əməkdaşları narahatdırlar. Valyuta alış-satışı ilə məşğul olan Samir Cəfərov son iki gündə 4 min manat ziyana düşdüyünü deyir. Sadə insanlar da ölkənin maliyyə sahəsində yarana xaosdan və bazarlardakı bahalaşmadan narahatdırlar. Bir çox məntəqə sahibləri valyuta alışı üçün uyğun bir məqam gözlədiyindən həmin məntəqələrdə həm də pul qıtlığı yaşanır. Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. Geri qayıt |