Əsas Səhifə > Güney Press / Ana xəbər > Qalmaqallı “Azerros”a Mehriban Abdullayeva rəhbərlik edəcək
Qalmaqallı “Azerros”a Mehriban Abdullayeva rəhbərlik edəcək20-02-2015, 15:20 |
|
Rusiyanın paytaxtı Moskvada Abbas Abbasovu dəstəkləyənlər “Azerros” Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) növbədənkənar qurultayını keçiriblər. SalamNews-un Moskva bürosundan verilən məlumata görə, Muxtariyyətin sayca VI qurultayında Rusiyanın 34 bölgəsindən olan 80 nümayəndə, eləcə də digər ictimai təşkilatların nümayəndələri qismində 42 nəfər iştirak edib. Qurultay zamanı “Azerros” FMMM-in fəxri prezidenti Söyün Sadıxov vəzifəsindən kənarlaşdırılıb. Mehriban Abdullayeva Quruma yeni rəhbər təyin edilib. “Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov çıxışında istefa verdiyini elan edib. Lakin Qurultay iştirakçılarına sədrin istefasını yalnız Ağsaqqallar Şurasının qəbul edə biləcəyi deyilib. A.Abbasovun vəzifəsinə Zöhrab Abdullayevin namizədliyinin irəli sürüldüyü bildirilir. SalamNews-un Moskva müxbirinin sözlərinə əsasən, A.Abbasovun əleyhdarları Qurultay zalına buraxılmayıblar. Bu da onların narazılığına səbəb olub və nəticədə onlarla polis əməkdaşları arasında qarşıdurma yaranıb. Qeyd edək ki, tədbirin keçirilmə yeri dəyişdirilməli olub. Belə ki, “Azerros”un qurultayının Moskva Xalqlar Evində keçirilməyinə verilmiş icazə ləğv edilib. Geri qayıt |