Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısına yeni müavin təyin edildi

İcra başçısına yeni müavin təyin edildi


18-02-2015, 13:23
İcra başçısına yeni müavin təyin edildi
Goranboy rayon icra başçısı Nizaməddin Quliyevə yeni müavin təyin edilib.

Bu barədə Axar.az-a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

İcra başçısının yeni müavini Elçin Cahangirovdur. O, vəzifəsinin rəsmi şəkildə icrasına dünəndən başlayıb.

Elçin Cahangirov bundan öncə Goranboy rayon Dövlət Sığorta İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

İcra başçısının keçmiş müavini Baxış Abdullayev bu ilin yanvarında vəzifəsindən azad edilmişdi.

Geri qayıt