Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş icra başçısının incitdikləri hərəkətə keçib
Keçmiş icra başçısının incitdikləri hərəkətə keçib18-02-2015, 11:14 |
|
Şəmkirin sabiq meri Aslan Aslanovun rayondakı əmlaklarının siyahıya alınmasına başlanılıb. Qeyri-rəsmi mənbədən Tia.az-a verilən məlumata görə, eks-başçının ətrafındakı həlqə daralır və onun mərhələli şəkildə gücsüzləşdirilməsi prosesi gedir. Oğlu Ruslanın qatili Lamiyə Quliyevanın həbsdə doğması ilə yenidən gündəmə gələn Aslanovun o dövrdə törətdiyi əməlləri faktlarla açıqlanır. Şəmkirdə etdiyi cinayətləri o zaman ictimailəşdirməkdən çəkinən yerli adamlar indi yaranmış fürsətdən istifadə edərək müdhiş sənədlər ortaya qoyur. Məlum olur ki, Aslanov rayonda sahibkarlara divan tutub. Onlardan biri də Elpərəst Həsənli olub. Onun bazarını əlindən alıb, həbsə atıb və səhhətinə ciddi ziyan vurub. Mənbə Aslanovun əmlakının müsadirə olunacağını istisna etmir. Xatırladaq ki, Lamiyə onun övladını namusuna toxunduğu üçün öldürdüyünü qeyd edib. Geri qayıt |