Əsas Səhifə > Güney Press / Ana xəbər > Binədə “Südçü sovxozu” palçıq içində üzür
Binədə “Südçü sovxozu” palçıq içində üzür17-02-2015, 11:02 |
|
Bakının Binə qəsəbəsi bərbad gündədir. Qəsəbənin “Südçü sovxozu” ərazisi sakinləri Tia.az-a müraciət edib: “Şikayət etmədiyimiz yer qalmayıb. Hər dəfə yağış yağanda avtobuslar buraya gəlmək istəmir. Çünki yol bərbad halda olur və marşrutlar yolda qalır, xarab olurlar. Məktəblilər dərsə gedə bilmirlər. Hər tərəf palçıqdır. Sonuncu yağışın üzərindən bir həftə vaxt keçib. Hələ də hər tərəf gölməçə içindədir. Dinc etirazlarımızı da polislər gəlib zorakılıqla dağıdırlar. Hakimiyyetin adi vətəndaşlara qoyulan qiyməti budurmu? Bizim başqa istəyimiz yoxdur. Yollarımızı düzəltsinlər. Biz də adam kimi evimizə gedib-gələ bilək. Qəsəbədə içməli su xətti çəkilsin, kanalizasiya xətləri bərpa olunsun. Bu qəsəbə qurulandan bu yana burda evlərin sənədləri yoxdur, qaz da yaxşı verilmir”. Geri qayıt |