Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabirabaddakı korrupsiya həbsi Arzu Rəhimovun adamını vahiməyə salıb

Sabirabaddakı korrupsiya həbsi Arzu Rəhimovun adamını vahiməyə salıb


5-02-2015, 14:03
Sabirabaddakı korrupsiya həbsi Arzu Rəhimovun adamını vahiməyə salıb
İki gün öncə bir Baş Prokurorluq məlumat yaydı ki,Sabirabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon hərbi-həkim Komissiyasının sədri vətəndaşdan rüşvət tələb edib və rüşvəti alarkən həbs olunub. Vətəndaşın şikayəti əsasında Rayon Mərkəzi Xəstəxanasının baş həkim inin müavini Rail Musayev xidməti vəzifəsinin icrası zamanı rüşvət istəyib. Rail Musayev 500 manat rüşvət tələb edib və onun 200 manatını alarkən cinayət başında həbs olunub. Rəsmi informasiyaya əsasən faktla əlaqədar olaraq Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə (rüşvət alma) cinayət işi başlanılıb. Baş həkimin müavini haqqında həbs-qətiimkan tədbiri seçilib.

Məlumatda həmçinin bildirilir ki, iş üzrə istintaq davam etdirilir. İstintaqın davam etməsi isə rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayevi ciddi narahat edib. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Rəsul Babayev baş həkimin müavinin həbs edilməsindən sonra təcili olaraq Bakıya çağırpılıb, Onun SHXÇDX-nin rəisi Arzu Rəhimov tərəfindən birbaşa olaraq sorğu-suala tutulduğu söylənilir. Məlumatlara əsasən baş vermiş olay ciddi araşdırılır. Bui şlə bağlı olaraq Rəsul Babayevin hansısa əlaqəsinin olub-olmaması dəqiqləşdirilir.

Məlumatlara əsasən Rəsul Babayev Səfər Əbiyevin ən yaxın kadrlarından biridir. Onun uzun müddətdir ki, bir sıra rayonlarda komissar işləməsi faktı da artıq araşdırılır. Hər halda bir xidmət rəisinin tabeçiliyində olan həkimin vətəndaşlardan rüşvət istəməsi faktı ilk deyilmiş. Bu baxımdan da R.Babayev hazırda ciddi sorğu-sual edilir.

Onu da əlavə edək ki, həbs edilən Rail Musayev uzun illər Sabirabad rayonunda baş həkim vəzifəsində işləyib.

Geri qayıt